Bu ölkədə müqəddəs kitabların yandırılması qadağan olundu

Danimarka parlamentində keçirilən səsvermədə 77 deputat əleyhinə, 94-ü isə lehinə səs verib

2074335
Bu ölkədə müqəddəs kitabların yandırılması qadağan olundu

 

  Danimarkada müqəddəs kitabların yandırılması və onlara hücum edilməsini qeyri-qanuni hesab edən qanun layihəsi qəbul olundu.

  Danimarka parlamentində keçirilən səsvermədə 77 deputat əleyhinə, 94-ü isə lehinə səs verib.

  Qanuna əsasən, ölkədə Qurani-Kərim və digər müqəddəs kitabların yandırılması, onlara qarşı hücumlar, dini dəyərləri hədəf alan nalayiq davranışlar qadağan edilir.

  Qaydaları pozanlar cərimələnə və ya 2 ilədək həbslə cəzasına məhkum edilə bilər.

  Danimarka kraliçası II Marqretin imzasından sonra qanun qüvvəyə minəcək.

  Qeyd edək ki, son vaxtlar İsveç və Danimarkada Qurani-Kərimə hücumlar intensivləşdiyi üçün bu təxribatlara yol verilməsi reaksiya ilə qarşılanırdı.

  Danimarkalı ifrat sağçı siyasətçi və Sıx İstiqamət Partiyasının sədri Rasmus Paludan 2022-ci ildə Pasxa bayramı zamanı İsveçin Malmö, Norköpin, Yönköpinq şəhərləri və paytaxt Stokholmda Qurani-Kərimin yandırılması ilə bağlı təxribatlar törətdi. Paludan 2023-cü il yanvarın 21-də Stokholmda, 27-də isə Türkiyənin Kopenhagendəki səfirliklərinin qarşısında Qurani-Kərimi yandırdı.

  Stokholmda İraq əsilli Salvan Momika Qurban bayramının ilk gününə təsadüf edən 2023-cü ilin 28 iyununda Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Qurana od vurdu. Momika iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında, 31-də isə İsveç parlamentinin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi və İraq bayrağını tapdaladı. Hücumlarını artıran Momika 25, 26, 27 və 29 avqustda Stokholmun müxtəlif yerlərində polisin himayəsi altında Qurani-Kərimi yandırmağa davam edib.

  İran əsilli digər adam - Bəhrami Mərcan da avqustun 3-də Stokholmun Angbybadet çimərliyində polisin mühafizəsi altında Qurani-Kərimi yandırmışdı.



Әlaqәli Xәbәrlәr