“Qəzzada Fələstinin hakimiyyəti olmayacaq”, B.Netanyahu

B.Netanyahu Qəzzaya hücumlardan sonra İsrailin planları barədə ABŞ-ı məlumatlandırıb ...

2072920
“Qəzzada Fələstinin hakimiyyəti olmayacaq”, B.Netanyahu

 

  İsrailin baş naziri Binyamin Netanyahu Qəzzaya hücumlardan sonra orada Fələstin hakimiyyətinin olmasını istəmədiklərini bildirib.

  İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, B.Netanyahu Qəzzaya hücumlardan sonra İsrailin planları barədə ABŞ-ı məlumatlandırıb.

  Fələstin hakimiyyətini Qəzzadan uzaq tutmağı planlaşdıran Netanyahu bu həftə keçirilən toplantıda sədrlik etdiyi Likud Partiyasının üzvlərinə və ABŞ-a xitabən Qəzzada müharibədən sonrakı Fələstin administrasiyasının hər hansı nəzarətinə qarşı olduğunu söyləyərək deyib: “Qəzzaya edilən hücumlardan sonra orada Fələstin hakimiyyəti olmayacaq. Əslində Fələstin hakimiyyəti ümumiyyətlə olmayacaq”.

  ABŞ rəhbərliyi isə İsrailin hücumlarını davam etdirdiyi Qəzzanın gələcəyi və orada kimin məsul olacağı ilə bağlı qarışıq siqnallar verir.

  Ağ Ev Milli Təhlükəsizlik Şurası Strateji Kommunikasiyalar koordinatoru Con Kirbi 4 dekabr açıqlamasında İsrailin hücumları sona çatdıqda hazırkı Fələstin hökumətinin Qəzzanı idarə edəcək etibarlılığının olmadığını, digər cümləsində isə “Qəzzada idarə nə olursa olsun, Fələstin xalqının tələblərinə cavab verməlidir” deyib.



Әlaqәli Xәbәrlәr