Nigeriyada 50-dən çox silahlı dəstə üzvü öldürülüb

Qərbi Afrika ölkələrindən olan Nigeriyanın Taraba əyalətində keçirilən əməliyyatlarda 50-dən çox dəstə üzvü zərərsizləşdirilib.

2071152
Nigeriyada 50-dən çox silahlı dəstə üzvü öldürülüb

Qərbi Afrika ölkələrindən olan Nigeriyanın Taraba əyalətində keçirilən əməliyyatlarda 50-dən çox dəstə üzvü zərərsizləşdirilib.
Taraba əyalətinin polis sözçüsü Abdullahi Usman bəzi kəndlərdə 18 ovçunun öldürülməsindən sonra dövlətin bölgədə silahlı insanlara qarşı əməliyyatlar həyata keçirdiyini bildirib.

Əməliyyat zamanı 50-dən çox dəstə üzvünün zərərsizləşdirildiyini qeyd edən Usman bir çoxunun yaralı qaçdığını bildirib.

Usman bildirib ki, qaçan dəstə üzvlərini saxlamaq üçün bölgədə axtarış fəaliyyətləri başlayıb.

Qeyd edək ki, dünən Taraba əyalətinin Bali bölgəsində 200-ə yaxın motosiklet sürən silahlı 18 ovçunu öldürüb.

Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin terror təşkilatları Boko Haram və ISWAP-ın hücumları ilə üzləşib.



Әlaqәli Xәbәrlәr