Rusiya Ukraynaya ağır zәrbәlәr endirib

Rusiyanın  bu gecə Ukrayna ərazisinə 8 S-300 raketi və 20 pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyi bildirilib.

2071008
Rusiya Ukraynaya ağır zәrbәlәr endirib

Rusiyanın  bu gecə Ukrayna ərazisinə 8 S-300 raketi və 20 pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyi bildirilib.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiya ordusunun gecə radələrində  Ukraynaya raket və PUA hücumu təşkil etdiyi bildirilib.
Açıqlamada Rusiya hərbçilərinin hücumlarda İran istehsalı olan 20 ədəd “Şahed” tipli PUA-dan istifadə etdiyi, döyüş əməliyyatları nəticəsində 14 PUA-nın məhv edildiyi vurğulanıb.
Açıqlamada həmçinin Rusiyanın Donetsk bölgəsinə 8 ədəd S-300 raketləri ilə hücum etdiyi qeyd edilib.
Ukrayna Daxili İşlər Naziri İqor Klimenko da sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun bu gecə S-300 raketləri ilə Donetsk vilayətinin Pokrovsk, Novoqrodivka və Mirnoqrad şəhərlərinə intensiv hücum təşkil etdiyini bildirib.
Pokrovska təşkil edilən hücumda bir yaşayış binası, 9 ev, polis bölməsi, nəqliyyat vasitələri və qarajlara ziyan dəydiyini bildirən Klimenko, evlərinin bağçasına mərmi düşən ailənin 6 aylıq körpələri ilə birlikdə dağıntılar altında qaldığını vurğulayıb.
Klimenko qeyd edib ki, körpə xəstəxanaya çatdırılıb və onun həyati təhlükəsi yoxdur.
Rusiyanın Novoqradivkaya hücumu zamanı raketin yaşayış binasına düşməsi nəticəsində 13 yaşlı uşağın yaralandığına diqqət çəkən Klimenko, dağıntılar altında biri uşaq olmaqla 5 nəfərin ola biləcəyi və axtarış-xilasetmə əməliyyatların davam etdiyini bildirib.
Klimenko Rusiya hərbçilərinin Mirnoqrad şəhərindəki polis bölməsini 2 S-300 raketi ilə vurduğunu, hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini söyləyib.
Nazir Klimenko, sözügedən üç şəhərə edilən hücumlarda 4-ü uşaq olmaqla,  azı 10 nəfərin yaralandığını bildirib.


Etiketlәr: #hücum , #Ukrayna , #Rusiya

Әlaqәli Xәbәrlәr