ABŞ Yəməndən buraxılan PUA-nı vurdu

Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi ''X'' səhifəsində edilən paylaşımda bildirilib.

2071070
ABŞ Yəməndən buraxılan PUA-nı vurdu

ABŞ (ABŞ) ordusu Yəməndə İranın dəstəklədiyi husilərin nəzarətində olan ərazilərdən buraxılan kamikadze pilotsuz uçuş aparatını Qırmızı dəniz üzərində vurduğunu açıqlayıb.
Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi ''X'' səhifəsində edilən paylaşımda bildirilib.
Kamikadze pilotsuz uçuş aparatının Qırmızı dənizin cənubunda ABŞ donanmasına tabe olan ''USS Carney'' destroyeri tərəfindən vurulduğu bildirilib.
Bildirilib ki, kamikadze pilotsuz uçan aparatı bölgəyə hərbi texnika daşıyan iki hərbi gəmini müşayiət edən “USS Carney”ə yaxınlaşarkən vurulub və gəmiyə heç bir ziyan dəyməyib.
Avadanlığın hara göndərildiyi açıqlanmasa da, İsrailin Qəzzaya başlatdığı hücumlarla birlikdə ABŞ-ın bu ölkəyə böyük miqdarda silah və hərbi texnika göndərdiyi məlumdur.
Yəməndəki husilər oktyabrın 31-dən bəri dəfələrlə raketlər və kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə İsrailə hücum etdiklərini açıqlamışdı.
Noyabrın 19-da husilər Qırmızı dənizdə İsrail gəmilərini hədələyib, daha sonra Qırmızı dənizdə İsrail şirkətinə məxsus ticarət gəmisini ələ keçirdiklərini açıqlayıblar.
CENTCOM noyabrın 23-də husilərin nəzarəti altında olan bölgələrdən atıldığı təsbit edilən bir çox PUA-nın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Thomas Hudner" destroyeri tərəfindən vurulduğunu bildirdi.


Etiketlәr: #PUA , #ABŞ

Әlaqәli Xәbәrlәr