BMT ABŞ-da fələstinli tələbələrə edilən hücumu qınadı

Birləşmiş Millətlər Təşkilatı (BMT) noyabrın 25-də ABŞ-ın Vermont ştatında Fələstin əsilli 3 tələbəyə silahlı hücumu pisləyib.

2070088
BMT ABŞ-da fələstinli tələbələrə edilən hücumu qınadı

Birləşmiş Millətlər Təşkilatı (BMT) noyabrın 25-də ABŞ-ın Vermont ştatında Fələstin əsilli 3 tələbəyə silahlı hücumu pisləyib.
BMT-nin sözçüsü Stefan Düjarrik Vermontda Fələstin əsilli 3 tələbənin yaralandığı silahlı hücumla bağlı bəyanat verib.
“Bu zorakılığı qınayırıq'' deyən Stefan Düjarrik  hücum nəticəsində  yaralanan fələstinli tələbələrə şəfa diləyib.
Hücumla bağlı istintaqın davam etdiyini xatırladan Stefan Düjarrik deyib: "İslam əleyhinə nifrət, fanatizm və hər hansı bir nifrətə qətiyyən yer yoxdur".

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.


Etiketlәr: #silahlı hücum , #ABŞ , #BMT

Әlaqәli Xәbәrlәr