İsrail qüvvələri bir fələstinli uşağı öldürüb

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində həqiqi güllələrlə yaraladığı 14 yaşlı Əmr Əhməd Cəmil Vəhdanın həyatını itirib.

2069976
İsrail qüvvələri bir fələstinli uşağı öldürüb

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində həqiqi güllələrlə yaraladığı 14 yaşlı Əmr Əhməd Cəmil Vəhdanın həyatını itirib.

Şahidlərin bildirdiyinə görə, İsrail qüvvələri İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhəri yaxınlığında yerləşən Tayasir kəndində Vəhdan da daxil olmaqla bəzi fələstinliləri yaralayıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələri tərəfindən həqiqi güllə ilə sinəsindən yaralanan Vəhdanı aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas etməyin mümkün olmadığı qeyd edilib.

İsrail qüvvələri bu gün səhər Ramallah yaxınlığında isə 2 fələstinlini öldürüb.

Fələstin rəsmilərinin açıqlamalarına görə, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə oktyabrın 7-dən bu yana İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 242 fələstinli həlak olub, 3 mindən çox insan isə yaralanıb.



Әlaqәli Xәbәrlәr