İsrail ordusu Livanın sərhəd bölgəsinə raket zərbələri endirib

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail qüvvələri Livanın cənub sərhəd bölgəsində yerləşən Ayta əş-Şaab qəsəbəsi yaxınlığındakı ərazini raketlərlə vurub.

2069943

Hücum nəticəsində insan tələfatı və ya maddi ziyanın olub-olmaması ilə bağlı məlumat verilməyib.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 86 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

İsrail və Hizbullah arasındakı toqquşmalar İsrail ilə "Həmas"ın noyabrın 24-də əldə etdiyi “humanitar fasilədən” sonra xeyli azalıb.

Әlaqәli Xәbәrlәr