"Həmas" humanitar fasilənin uzadılması ilə bağlı bəyanat verib

"Həmas" daha çox əsiri azad etmək üçün İsraillə münaqişədə humanitar fasiləni uzatmağa çalışdıqlarını açıqlayıb.

2069002
"Həmas" humanitar fasilənin uzadılması ilə bağlı bəyanat verib

"Həmas" daha çox əsiri azad etmək üçün İsraillə münaqişədə humanitar fasiləni uzatmağa çalışdıqlarını açıqlayıb.
"Həmas" yazılı açıqlamasında daha çox əsiri azad etmək üçün İsraillə əsir mübadiləsi və münaqişədə humanitar fasiləni ehtiva edən müqaviləni uzatmağa çalışdıqlarını bildirib.

Qeyd edək ki, İsrail və "Həmas" arasında toqquşmalarda 4 günlük humanitar fasilə ilə bağlı razılaşma 24 noyabr cümə günü saat 07:00-da (GMT 08:00) qüvvəyə minib.

Razılaşmaya əsasən, "Həmas"ın saxladığı 50 israilli əsirin əvəzində İsrail həbsxanalarında olan 150 fələstinli azad ediləcək. Azad ediləcək əsirlər arasında hər iki tərəfdən qadın və uşaqlar da var.

Həmas elan etmişdi ki, humanitar fasilə Qəzzanın bütün bölgələrinə çatdırılacaq 200 yardım maşını və 4 yanacaq tankerinin gündəlik girişini əhatə edir.



Әlaqәli Xәbәrlәr