Barselona bələdiyyəsi İsraillə bütün əlaqələri dayandırdı

Avropa İttifaqı İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda çox sayda mülki vətəndaşın həlak olması səbəbindən kədərləndiyini açıqlayıb.

2068694
Barselona bələdiyyəsi İsraillə bütün əlaqələri dayandırdı

Avropa İttifaqı İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda çox sayda mülki vətəndaşın həlak olması səbəbindən kədərləndiyini açıqlayıb.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelin ofisindən verilən bəyanatda İsrail və Həmas arasında əsirlərin azad edilməsinə dair əldə olunan razılaşmadan sonra başlayan humanitar fasilədən duyulan məmnunluq  ifadə olunub.
“Bu plan tam şəkildə həyata keçirilməli və Qəzzada davam edən ağır humanitar vəziyyətə son qoymaq üçün ilk addım olaraq daha da uzadılmalıdır'',-bəyanatda deyilir.
Bəyanatda Avropa İttifaqının İsrailin özünü beynəlxalq hüquq normalarına riayət edərək müdafiə etməsini dəstəklədiyi xatırladılıb.
İspaniyanın Barselona bələdiyyəsi Qəzza zolağında daimi atəşkəs əldə olunana və Fələstin xalqının əsas hüquqları BMT-nin qətnamələri ilə təmin olunana qədər İsraillə institusional əlaqələri dayandırdığını açıqlayıb.
Oktyabrın 7-dən bu yana İsrailin Qəzzaya etdiyi hücumlarda 15 minə yaxın fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr