Rusiya XİN Qəzzadan təxliyə edilənlərlə bağlı paylaşım etdi

Paylaşımda bu ifadələrə yer verilib: “Noyabrın 22-də Rusiya vətəndaşları və fələstinlilərdən ibarət 28 nəfərlik qrup Moskvaya gəlib”.

2068106
Rusiya XİN Qəzzadan təxliyə edilənlərlə bağlı paylaşım etdi

Rusiya Xarici İşlər Nazirliyi 653 nəfərin Qəzzadan təxliyə edildiyini açıqlayıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində paylaşım edilib.
Paylaşımda bu ifadələrə yer verilib: “Noyabrın 22-də Rusiya vətəndaşları və fələstinlilərdən ibarət 28 nəfərlik qrup Moskvaya gəlib”.
Eyni zamanda daha 82 nəfərin Rəfah sərhəd qapısından Misirə keçdiyi bildirilib.
Paylaşımda həmçinin deyilir: ''Hazırda Qəzzadan təxliyə edə bildiyimiz vətəndaşların sayı 653-ə yüksəldi. Ümumilikdə 900 vətəndaş təxliyə üçün müraciət etdi. Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyyarə ilə Qahirədən 553 vətəndaş gətirilib''.
Nazirlikdən verilən açıqlamada 'Misir, İsrail, Fələstin və Qətər administrasiyalarının təxliyə əməliyyatlarına yardım etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr