Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bəyanat yaydı

Ani Badalyan deyib:“İlkin razılaşmaya uyğun olaraq, noyabrın 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin müəyyən edilməsi və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın növbəti iclası keçiriləcək”.

2068087
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bəyanat yaydı

Noyabrın 30-da Azərbaycan ilə Ermənistan arasında sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclası keçiriləcək.

Ermənistanın rəsmi “Armenpress” xəbər agentliyinin məlumatına görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

Ani Badalyan deyib:“İlkin razılaşmaya uyğun olaraq, noyabrın 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin müəyyən edilməsi və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın növbəti iclası keçiriləcək”. 

Xatırladaq ki, Azərbaycan noyabrın 21-də Ermənistanı sülh sazişi ilə bağlı birbaşa ikitərəfli danışıqlara başlamağa çağırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, Ermənistanın sülh sazişinin bağlanması ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməsinin təxminən 2,5 ay çəkməsi prosesi ciddi şəkildə ləngidir.
Bəyanatda qeyd olunub ki, sülh danışıqlarındakı durğunluq regionda sabitlik və rifaha töhfə vermir.
''Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik",-deyə bəyanatda vurğulanıb.



Әlaqәli Xәbәrlәr