İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinə hücum edib

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinə təşkil etdiyi basqın və hücumlarda 6-sı Tulkərim qaçqın düşərgəsində olan 7 fələstinlini şəhid edib, çox sayda fələstinlini isə yaralayıb.

2067474
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinə hücum edib
israil bati seria baskin.jpg
israil bati seria baskin.jpg

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinə təşkil etdiyi basqın və hücumlarda 6-sı Tulkərim qaçqın düşərgəsində olan 7 fələstinlini şəhid edib, çox sayda fələstinlini isə yaralayıb.

Yerli və səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail əsgərləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrində basqın və hücumlar həyata keçirib.

İsrail qüvvələri Tulkərim şəhərinə basqınlar zamanı pilotsuz uçuş aparatları (PUA) ilə Tülkərim qaçqın düşərgəsinə hücum edib.

Fələstin Səhiyyə Nazirliyi Tulkərimdə 6 fələstinlinin həyatını itirdiyini açıqlayıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada İsrail qüvvələrinin tibb qruplarının Tülkərim qaçqın düşərgəsinə girməsinə mane olduğu və yaralı bir şəxsi təcili yardım maşınında saxladığı bildirilib.

Kalkilyadakı Dərviş Nizal Dövlət Xəstəxanasındakı mənbələr Azun qəsəbəsində İsrail əsgərlərinin açdığı atəş nəticəsində kürəyindən güllə yarası alan 30 yaşlı Əmir Əbdürrəhman Mecidin həyatını itirdiyini bildirib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA da İsrail əsgərlərinin Hebron şəhərində 2 fələstinlini saxladığını açıqlayıb.

İsrail əsgərləri Beytlehem yaxınlığındakı Dehişe qaçqın düşərgəsinə də basqın edərək bəzi fələstinliləri saxlayıblar. Daha sonra basqın və həbslərə reaksiya verən bölgə sakinləri ilə İsrail qüvvələri arasında qarşıdurma yaranıb.



Әlaqәli Xәbәrlәr