Rişi Sunak Qəzzadakı humanitar vəziyyəti qiymətləndirib

Londonda Somali, Birləşmiş Ərəb Əmirlikləri, Bill və Melinda Qeyts Fondu, Uşaq İnvestisiya Fondu (CIFF) və Böyük Britaniyanın təşkilatçılığı ilə keçirilən  Qlobal Ərzaq Təhlükəsizliyi sammiti öz işinə başlayıb.

2066530
Rişi Sunak Qəzzadakı humanitar vəziyyəti qiymətləndirib

Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrailin özünü müdafiə hüququnu dəstəklədiyini bir daha bəyan edib və Qəzzada baş verən humanitar böhranla bağlı deyib:"Bölgədəki vəziyyət dəhşətvericidir və getdikcə pisləşir. Biz humanitar yardımın heç bir maneə olmadan Qəzzaya çatmasını təmin etmək və münaqişəyə dərhal humanitar fasilə vermək üçün səylərimizi davam etdiririk".
Londonda Somali, Birləşmiş Ərəb Əmirlikləri, Bill və Melinda Qeyts Fondu, Uşaq İnvestisiya Fondu (CIFF) və Böyük Britaniyanın təşkilatçılığı ilə keçirilən  Qlobal Ərzaq Təhlükəsizliyi sammiti öz işinə başlayıb.
Sammitin açılışında çıxış edən Rişi Sunak dünyada baş verən bir çox  münaqişələrin birbaşa yoxsul təbəqəyə təsir etdiyini bildirərək, Davamlı İnkişaf Hədəfləri istiqamətində əməkdaşlığın vacibliyinə diqqət çəkib. Böyük Britaniya baş naziri Rişi Sunak fələstinli mülki şəxslərə dəstəyi ikiqat artırdıqlarını və İngiltərənin İsrailin özünü müdafiə hüququnu dəstəklədiyini bir daha vurğulayıb.
"Lakin bu, beynəlxalq humanitar hüquq çərçivəsində olmalıdır. Regionda vəziyyət çox acınacaqlıdır və getdikcə pisləşir. Biz humanitar yardımın Qəzzaya maneəsiz çatması və təcili humanitar fasilənin təmin edilməsi üçün səylərimizi davam etdiririk. Çünki günahsız dinc əhalinin iztirablarına son qoyulmalıdır”,-deyə Rişi Sunak qeyd edib.



Әlaqәli Xәbәrlәr