Daimi Nümayəndə: "İsrailin Qəzzadakı vəhşiliyi və terroru bəşəriyyətə təhqirdir"

Riyad Mənsur bəyan edib ki, İsrailin Qəzza zolağındakı hərəkətləri vəhşilik və terrordur və heç bir şəkildə haqq qazandırıla bilməz.

2066122
Daimi Nümayəndə: "İsrailin Qəzzadakı vəhşiliyi və terroru bəşəriyyətə təhqirdir"

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur bəyan edib ki, İsrailin Qəzza zolağındakı hərəkətləri vəhşilik və terrordur və heç bir şəkildə haqq qazandırıla bilməz.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Mənsur bu ay BMT baş katibi, BMT Təhlükəsizlik Şurasının (Çin) sədri və BMT Baş Assambleyasının sədrinə ünvanladığı məktublarda Qəzza zolağında baş verən hadisələrlə bağlı məlumat verib. 

Mənsur məktubunda "İsrailin Qəzza zolağında törətdiyi vəhşilik və terror insanlığa təhqirdir və heç bir bəhanə ilə haqq qazandıra bilməz" deyib. 

Mənsur Qəzzada təxmini məlumatlara görə 3 min 250 qadın və 5 mini uşaq olmaqla 12 min 200 adamın həyatını itirdiyini, 29 min adamın isə yaralandığını bildirib.

4 min insanın dağıntılar altında qaldığını bildirən Mənsur İordan çayının qərb sahilində 200-dən çox fələstinlinin həyatını itirdiyini, təxminən 3 min adamın isə yaralandığını qeyd edib.

Mənsur mülki vətəndaşlara Qəzzanın şimalını boşaltaraq cənuba getmələrini əmr edən İsrailin cənubu bombalamağa davam etdiyini, Tel-Əvivin isə dünyadan gələn atəşkəs çağırışlarına məhəl qoymadığını bildirib.

Mənsur məktubunda İsrailin Orta Şərqdə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatına aid onlarla qurum və binanı birbaşa hədəfə aldığını və bu hücumlar nəticəsində yüzlərlə insanın həyatını itirdiyini ifadə edərək, "BMT himayəsində olan bu sığınacaqlara dəfələrlə buna məruz qalmasına necə icazə verilir?", -deyə sual edib.

BMT-nin 21 müstəqil məruzəçi eksperti və quruma bağlı işçi qruplarının atəşkəsin təcili şəkildə həyata keçirilməsi üçün çağırışlarına işarə edən Mənsur bu ekspert və məruzəçilərin “İsrailin Fələstin xalqını məhv etmək niyyəti açıqdır” xəbərdarlığına diqqət çəkib.

Mənsur fələstinli mülki şəxslərin müdafiəsi və məcburi köçün dayandırılması çağırışı edərək, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının insanlıq əleyhinə cinayətləri və müharibə cinayətlərini dayandırmaq üçün konkret addımlar atmalı olduğunu, qərarların təkbaşına Fələstindəki böhrana həll yolu ola bilməyəcəyini qeyd edib.



Әlaqәli Xәbәrlәr