ABŞ və Filippin arasında nüvə razılaşması imzalanıb

Amerika Birləşmiş Ştatları (ABŞ) daha təmiz enerjiyə keçid və enerji ehtiyatlarını artırmaq üçün Filippinlə nüvə əməkdaşlıq sazişi imzalayıb.

2065694
ABŞ və Filippin arasında nüvə razılaşması imzalanıb

Amerika Birləşmiş Ştatları (ABŞ) daha təmiz enerjiyə keçid və enerji ehtiyatlarını artırmaq üçün Filippinlə nüvə əməkdaşlıq sazişi imzalayıb.

ABŞ-ın San-Fransisko şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammiti çərçivəsində Filippin Prezidenti kiçik Ferdinand Markos və ABŞ dövlət katibi Entoni Blinken nüvə enerjisi sahəsində əməkdaşlıq paktı imzalayıblar.

Markos burada verdiyi açıqlamada "Biz bilirik ki, nüvə enerjisi 2032-ci ilə qədər Filippinin enerjisinin bir hissəsinə çevriləcək. ABŞ-la birlikdə bu yolu getdiyimiz üçün çox xoşbəxtik" deyib.

Saziş Filippinə daha təmiz enerjiyə keçid və elektrik təchizatını artırmaq üçün bu ölkəyə sərmayə qoymağa imkan verir.



Әlaqәli Xәbәrlәr