BMT Myanmadakı olaylarla bağlı bəyanat yaydı

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Myanmada yaşanan münaqişələrə görə narahat olduğu bildirilib.

2065147
BMT Myanmadakı olaylarla bağlı bəyanat yaydı

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Myanmada yaşanan münaqişələrə görə narahat olduğu bildirilib.

BMT-nin sözçüsü Stefan Dujarrik mövzu ilə bağlı verdiyi yazılı açıqlamada deyib:''Antonio Quterreş bütün tərəfləri  beynəlxalq hüquqa riayət etməyə və mülki insanları qorumaq üçün əllərindən gələni etməyə çağırır”. 
Düjarrik qeyd edib ki, Quterreş Myanmada zorakılığa son qoymaq üçün Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN), regional və beynəlxalq tərəfdaşlarla işləmək mövzusunda qətiyyətlidir.
Myanmada artıq 2 milyondan çox insanın didərgin düşdüyünə diqqət çəkən S.Dujarrik zorakılığı törədənlərin cavab verməsinin vacibliyini qeyd edib.
S.Düjarrik Antonio Quterreşin münaqişələrə görə narahat olduğunu və Myanma xalqı ilə həmrəy olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr