Pakistan, Özbəkistan və Əfqanıstan arasında üçtərəfli görüş keçirilib

Pakistan, Özbəkistan və Əfqanıstan iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə regional ticarət və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

2064459
Pakistan, Özbəkistan və Əfqanıstan arasında üçtərəfli görüş keçirilib

Pakistan, Özbəkistan və Əfqanıstan iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə regional ticarət və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Yerli mətbuat orqanlarının yaydığı məlumata əsasən, Pakistanın ticarət naziri Gohar Ejaz, Özbəkistan baş nazirinin müavini Cəmşid Hocayev və Əfqanıstandakı müvəqqəti Taliban hökumətinin sənaye və ticarət nazirinin müavini Nurəddin Əzizi paytaxt İslamabadda görüşüb.
Üçtərəfli formatda ilk dəfə keçirilən görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi məqsədi ilə regional ticarət və əməkdaşlıq məsələləri müzakirə edilib, eyni zamanda üç ölkə arasında ticarət əlaqələrinin artırılmasına diqqət yetirilib.
Görüş zamanı Pakistan, Özbəkistan və Əfqanıstan arasında ticarət maneələrinin azaldılması, gömrük prosedurlarının sadələşdirilməsi və transsərhəd ticarətin təşviqi müzakirə edilib.
Nəqliyyat şəbəkələrinin artırılması və kommersiya yüklərinin daşınmasını asanlaşdırmaq üçün infrastrukturun və regional əlaqənin vacibliyi vurğulanan görüşdə birgə müəssisələr, dövlət-özəl sektor tərəfdaşlığı və birbaşa xarici investisiyaları artıracaq müxtəlif sektorlardakı investisiya imkanları müzakirə edilib.



Әlaqәli Xәbәrlәr