Nikolas Maduro dünyaya Fələstinlə bağlı çağırış etdi

Venesuela prezidenti Nikolas Maduro dünyanı İsrailin Qəzza zolağında davam edən hücumlarına son qoymağa çağırıb.

2064540
Nikolas Maduro dünyaya Fələstinlə bağlı çağırış etdi

Venesuela prezidenti Nikolas Maduro dünyanı İsrailin Qəzza zolağında davam edən hücumlarına son qoymağa çağırıb.
Gündəmdəki aktual mövzuları qiymətləndirən Nikolas Maduro Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının birgə fövqəladə sammitindən sonra yayımlanan birgə bəyannaməni dəstəklədiklərini bildirib. 
Prezident Nikolas Maduro İsrailin Qəzzaya hücumlarına diqqət çəkərək deyib: "Bütün dünyaya çağırış edirəm. Aksiya keçirməyə davam edin.  Çünki biz yaşamaq hüququ, torpaq hüququ, müstəqillik və Fələstin dövləti üçün bu müharibədə qalib gəlməliyik, bizi və Fələstin xalqını sevən daha çox insan var''.



Әlaqәli Xәbәrlәr