Hizbullah İsrailə məxsus hərbi məntəqəyə hücum edib
Hizbullah Livanın cənubundakı sərhəd bölgəsində yerləşən İsrailə məxsus hərbi məntəqəyə hücum edib.
Hizbullah Livanın cənubundakı sərhəd bölgəsində yerləşən İsrailə məxsus hərbi məntəqəyə hücum edib.
Hizbullah İsrail-Livan sərhədində baş verən qarşıdurmalarla bağlı yazılı açıqlama yayıb.
Açıqlamada İsrailin “Merc” hərbi məntəqəsinə müvafiq silahlarla hücum edildiyi və hədəflərin dəqiqliklə vurulduğu bildirilib.
Digər tərəfdən Livanın rəsmi NNA xəbər agentliyinin yaydığı məlumatda İsrail qüvvələrinin Livanın sərhəd bölgəsindəki Ayta əl-Şaab və Odeysa qəsəbələrinin ətrafını artilleriya atəşi ilə vurduğu qeyd edilib.
İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bəri gedən qarşıdurmalarda 74 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb