EUCOM Aralıq dənizi üzərində qəzaya uğrayan hərbi təyyarə ilə bağlı bəyanat yaydı

Aralıq dənizi üzərində qəzaya uğrayan ABŞ-a məxsus hərbi təyyarənin göyərtəsində olan 5 nəfərin həlak olduğu bildirilib.

2063698

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropa Komandanlığı (EUCOM) noyabrın 10-da təlim uçuşu zamanı Aralıq dənizi üzərində qəzaya uğrayan hərbi təyyarə ilə bağlı bəyanat yaydı.
EUCOM-un bəyanatında bu ifadələrə yer verilib:"ABŞ-a məxsus hərbi təyyarə təlim uçuşu zamanı qəzaya uğrayan hərbi təyyarədəki hərbi personalın hamısı həlak olub''.
Bəyanatda hadisədən dərhal sonra yaxınlıqdakı ABŞ hərbi təyyarələri və gəmilərinin bölgəyə cəlb olunduğu və axtarış-xilasetmə işlərinə başladığı bildirilib.
Faktla bağlı araşdırmanın davam etdiyi vurğulanıb.
İsrailin Qəzzaya intensiv hücumlarının başlamasının ardından ABŞ ordusu Aralıq dənizinə iki təyyarə gəmisi göndərmişdi. ABŞ yaratdığı hava körpüsü ilə İsrailə silah-sursat daşıyıb, həmçinin bölgədə təlimlərə başlayıb.

Әlaqәli Xәbәrlәr