Aleksandr Tarnavski: ''Rusiyanın S-300V4 zenit-raket kompleksini məhv etdik''

Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” bölməsinin komandiri Aleksandr Tarnavski Rusiyanın ən yeni S-300V4 zenit-raket kompleksini məhv etdiklərini açıqlayıb.

2062638

Tarnavski bu barədə rəsmi internet səhifəsində paylaşım edib. Paylaşımda Rusiya ordusunun son sutka ərzində Tavriya istiqamətində 23 hava hücumu və 888 artilleriya atəşi həyata keçirdiyi, cəbhə xəttində isə 44 toqquşmanın yaşandığı bildirilib.
Ukrayna ordusunun Avdiyivka istiqamətində müdafiəni qətiyyətlə davam etdirdiyini ifadə edən  Tarnavski Ukrayna raket və artilleriya birləşmələrinin son 24 saatda 1241 atış missiyası həyata keçirdiyini və Rusiyanın 542 əsgər itirdiyini vurğulayıb.
Tarnavski Rusiyaya məxsus S-300V4 zenit-raket kompleksi, 2 tank, 3 zirehli avtomobil, 7 artilleriya sistemi, 26 pilotsuz uçuş aparatı, 3 nəqliyyat vasitəsi, bir xüsusi texnika və silah-sursat anbarının məhv edildiyini bildirib. 
Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı.

Әlaqәli Xәbәrlәr