"Qəzzada qurulacaq yeni hökumətə fələstinlilər rəhbərlik etməlidir”, E.Blinken

Tokioda G-7 ölkələri xarici işlər nazirlərinin bir araya gəldiyi və Yaponiyanın ev sahibliyilə təşkil edilən mətbuat konfransında çıxış edən E.Blinken deyib ...

2062182
"Qəzzada qurulacaq yeni hökumətə fələstinlilər rəhbərlik etməlidir”, E.Blinken

 

  Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken “sülh prosesinin uğurlu olması üçün Qəzzada qurulacaq yeni hökumətə fələstinlilər rəhbərlik etməlidir” deyib.

  Tokioda G-7 ölkələri xarici işlər nazirlərinin bir araya gəldiyi və Yaponiyanın ev sahibliyilə təşkil edilən mətbuat konfransında çıxış edən E.Blinken deyib: “Qəzzada müharibəni həmişəlik bitirməyin yeganə yolu sülh prosesi üçün şərait yaratmağa başlamaqdır.

  G-7 ölkələrinin xarici işlər nazirləri Qəzza ərazisində heç bir daralma olmaması mövzusunda həmfikirdir.

  Fələstinlilər Qəzzadan zorla köçürülməməlidir.

  Uğurlu sülh prosesinin təmin edilməsində əsas element Qəzzada qurulacaq istənilən yeni hökumətə fələstinlilərin rəhbərlik etməsidir.

  Qəzza işğal edilməməli, blokadaya salınmamalı və ərazisi kiçilməməlidir.

  Daimi sülh üçün Fələstin xalqının tələbləri qarşıdurmadan sonra Qəzzada qurulacaq idarənin mərkəzinə daxil edilməlidir”.



Әlaqәli Xәbәrlәr