Lavrov: "Sanksiyalarda Avropanın ciddi itkisi var"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa şirkətlərinin Rusiyaya qarşı sanksiyalara görə 250 milyard avro itirdiyini açıqlayıb.

2062047
Lavrov: "Sanksiyalarda Avropanın ciddi itkisi var"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa şirkətlərinin Rusiyaya qarşı sanksiyalara görə 250 milyard avro itirdiyini açıqlayıb.

Lavrov paytaxt Moskvada müxtəlif ölkələrdən səfirlərin qatıldığı dəyirmi masada Ukrayna böhranının həlli ilə bağlı çıxış edib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) siyasətləri ilə Avropa iqtisadiyyatına zərər verdiyinə diqqət çəkən nazir deyib:

“Vaşinqton hərbi sənaye sənayesi üçün pul qazanarkən onun əmri altında olan Avropanı iflasa sürükləyir”. 

ABŞ-ın Avropanı öz bahalı maye qazını (LNG) almağa məcbur etdiyini ifadə edən Lavrov “(ABŞ) Avropa şirkətlərinə öz eqoist qanunlarını tətbiq edir və buradakı şirkətləri işini xaricə, xərclərin daha az olduğu yerlərə köçürməyə məcbur edir. Avropa İttifaqını Rusiyaya məxsus hər şeydən imtina etməyə məcbur edən Vaşinqton Rusiyadan uran və digər kritik materialları almağa davam edir” deyib.

Sergey Lavrov Avropanın bu siyasətlərə görə ciddi iqtisadi ziyana uğradığını əsas gətirərək deyib:

“Ən təvazökar hesablamalara görə, son 1,5 ildə Avropa şirkətləri Qərbin birtərəfli sanksiyaları səbəbindən 250 milyard avro itirib. Bu, böyük rəqəmdir".

Birləşmiş Millətlər Təşkilatının Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq səylərinin nəticə vermədiyinə diqqət çəkən Lavrov Qərb ölkələrinin bu məsələdə irəliləyişə mane olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr