Sudanda bazara mərmi düşməsi nəticəsində ölənlər olub

Sudanın paytaxtı Xartumda Omdurman bazarına mərmi düşməsi nəticəsində 20-dən çox insan ölüb.

2060631
Sudanda bazara mərmi düşməsi nəticəsində ölənlər olub

Sudanın paytaxtı Xartumda Omdurman bazarına mərmi düşməsi nəticəsində 20-dən çox insan ölüb.

Bildirilib ki, iki tərəf arasında intensiv atışma zamanı mərmilərin Omdurman bazarına düşdüyü bildirilib. Omdurman dəfələrlə iki tərəf arasında şiddətli döyüşlərin meydanı olub.

Döyüşlərin böyük hissəsi əvvəllər Darfurun qərb bölgəsində aparılsa da, şahidlərin sözlərinə görə, paytaxt Xartumun cənubundakı ərazilərə də yayılıb.

Qeyd edək ki, indiyədək Sudan münaqişəsində 10 mindən çox insan həlak olub.

BMT-nin məlumatına görə, müharibə təxminən 5,5 milyon insanın həm Sudan daxilində, həm də sərhədləri aşaraq qaçmasına səbəb olub.



Әlaqәli Xәbәrlәr