Avropanın qərb bölgələrində təsirli olan "Ciaran" qasırğası

Avropanın qərb bölgələrində təsirli olan "Ciaran" qasırğası səbəbilə Belçikada 3, Fransada 2, Hollandiyada 2, Almaniyada 1, İtaliyada 1, İspaniyada 1 nəfər həyatını itirib.

2059833

Ölənlərdən ən kiçiyi 5 yaşlı ukraynalı uşaq olub.

Sürəti saatda 200 kilometrə çatan güclü qasırğa Avropanın bir çox şəhərində həyata mənfi təsir edib.

Qasırğa nəticəsində elektrik verilişi xətlərinin zədələnməsi nəticəsində Fransada 1,2 milyon ev işıqsız qalıb, bəzi bölgələrdə telefon əlaqəsi kəsilib.

İngiltərənin cənubunda yüzlərlə məktəb bağlanıb.

Hollandiya, İspaniya və İngiltərənin bir çox şəhərində uçuşlar təxirə salınıb. Hava limanlarında sıxlıq yaranıb. Qatarların hərəkətində də fasilələr yaranıb.

İtaliyada fırtınalı hava xüsusilə şimal Veneto və Toskana bölgələrində həyata mənfi təsir göstərir.

İtaliyanın ANSA agentliyinin xəbərində Veneto bölgəsində 1 nəfərin itkin düşdüyü, Toskana bölgəsinə isə dünən 3 saatda 200 millimetr yağışın yağdığı bildirilib.

Meteoroloqlar qasırğanın həftə boyu bütün Avropada təsirini davam etdirəcəyini açıqlayıb.

Әlaqәli Xәbәrlәr