ABŞ İsraili Qəzzaya humanitar yardımlar üçün müharibəyə fasilə verməyə çağıracaq

ABŞ dövlət katibi Antoni Blinkenin bu gün günü İsrailə səfəri gözlənilir.

2059679
ABŞ İsraili Qəzzaya humanitar yardımlar üçün müharibəyə fasilə verməyə çağıracaq

ABŞ dövlət katibi İsraili humanitar yardımın çatdırılması və təxliyə üçün Qəzza zolağına hücumları dayandırmağı qəbul etməyə çağırmağı planlaşdırır.
ABŞ dövlət katibi Antoni Blinkenin bu gün İsrailə səfəri gözlənilir.

Həmin səfər Blinkenin İsraillə "Həmas" arasında münaqişə başlayandan bəri İsrailin Baş naziri Netanyahu və digər rəsmilərlə görüşmək üçün ikinci səfəri olacaq.

Antoni Blinken Vaşinqtondan Orta Şərqə yola düşərkən İsrailə səfəri zamanı Qəzzada dinc əhalinin əziyyətini minimuma endirmək üçün konkret yolları müzakirə edəcəyini bildirib.

Lakin bu açıqlamalar verilərkən digər tərəfdən, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) "Həmas"ın yenidən gücünü toplamasına səbəb olacağına dair narahatlıqlar səbəbilə İsrail və "Həmas" arasında atəşkəsi dəstəkləmədiyini açıqlayıb.

Qeyd edək ki, İsrail ordusu dünən axşam saatlarında Qəzza zolağının mühasirəyə alındığını elan edib.

Netanyahu açıqlamasında "Müharibənin zirvəsindəyik. Effektiv uğurlar əldə edirik və Qəzzanın kənar məhəllələrini keçdik, irəliləyirik" deyib.



Әlaqәli Xәbәrlәr