Şimali Koreya xarici ölkələrdəki səfirliklərini bağlayır

Qeyd edək ki, Şimali Koreya bundan bir müddət əvvəl Anqola və Uqandadakı səfirliklərini bağlayıb və bu ölkələrdən öz səfirlərini geri çağırıb

2059133
Şimali Koreya xarici ölkələrdəki səfirliklərini bağlayır

 

  Bir sıra Afrika ölkələrindən sonra Şimali Koreya Mdriddəki İspaniya səfirliyini bağladı.

  Şimali Koreyanın İspaniyadakı fəaliyyətlərini İtaliya səfirliyi öz üzərinə götürəcəyini bildirib.

  Şimali Koreya qərarının səbəbini açıqlamasa da, mətbuatda bunun “Rəsmi Pxenyanın qlobal sanksiyalar səbəbiylə yaşadığı iqtisadi böhranla bağlı olduğu” şərhləri verilib.

  Xatırladaq ki, 2001-ci ildə İspaniya ilə diplomatik əlaqələr quran Şimali Koreya 2013-cü ildə burada səfirliyini açmışdı. Ölkənin Madriddəki ilk səfiri Kim Hyok-Çol Pxenyan hökumətinin nüvə sınaqları və raket sınaqlarını müdafiə etdiyi üçün 2017-ci ildə İspaniyada “persona non-qrata” – “istənilməyən adam” elan edilmiş və deportasiya olunmuşdu.

  Qeyd edək ki, Şimali Koreya bundan bir müddət əvvəl Anqola və Uqandadakı səfirliklərini bağlayıb və bu ölkələrdən öz səfirlərini geri çağırıb.



Әlaqәli Xәbәrlәr