İsrail ordusu bəyanat yaydı

İsrail ordusu Qırmızı dənizə hərbi gəmilərin göndərildiyini açıqlayıb.

2058907
İsrail ordusu bəyanat yaydı

İsrail ordusu Qırmızı dənizə hərbi gəmilərin göndərildiyini açıqlayıb.
İsrail ordusundan verilən yazılı açıqlamada deyilir:"Gəmilər vəziyyətin qiymətləndirilməsi əsasında Qırmızı dənizdə yerləşdirilib''
Yəməndə İran tərəfindən dəstəklənən husilər dünən İsrailə qarşı pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumlar həyata keçirdiklərini açıqladılar.
İsrail ordusundan verilən açıqlamada Qırmızı dəniz bölgəsindən İsrail ərazisinə atılan raketin müdafiə sistemi tərəfindən havada məhv edildiyi bildirilib.
Qeyd edək ki, Yəmənin paytaxtı Səna və digər bölgələri 2014-cü ilin sentyabr ayından etibarən husilərin nəzarətindədir. Husilər ilk dəfədir ki, İsrailə qarşı hücumlara görə məsuliyyəti öz üzərinə götürürlər.



Әlaqәli Xәbәrlәr