Metyu Miller: ''Rəsmi Ankara ilə işləməyə davam edəcəyik''

Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyenin çox önəmli NATO müttəfiqi olduğunu vurğulayaraq rəsmi Ankara ilə işləməyə davam edəcəklərini bəyan edib.

2058031

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller prezident Rəcəb Tayyib Ərdoğanın ''Həmas''ın terror təşkilatı olmadığı ilə bağlı açıqlamalarından sonra Türkiyenin NATO-dan çıxarılması çağırışları ilə bağlı sualı cavablandıraraq deyib: ''Bu məsələdə fikir ayrılıqlarımız olsa da, deyə bilərəm ki, Türkiye NATO-nun çox önəmli müttəfiqidir”.
Rəsmi Ankara ilə işləməyə davam edəcəklərini bildirən Miller İsveçin NATO-ya üzvlük protokolunun Türkiye Böyük Millət Məclisinə (TBMM) göndərildiyini də xatırladıb.
"Biz NATO-nu gücləndirmək üçün Türkiye ilə işləməyə davam etməyi səbirsizliklə gözləyirik" deyən Miller bura İsveçin NATO-ya daxil olmasının sürətlə həyata keçirilməsinin daxil olduğunu vurğulayıb.
Metyu Miller Türkiyeni hələ də məhsuldar və konstruktiv NATO müttəfiqi olaraq gördüklərini bildirib.

Etiketlәr: #Türkiye , #ABŞ , #Metyu Miller

Әlaqәli Xәbәrlәr