İsrail qüvvәlәri Cenin qaçqınlar düşәrgәsinә basqın edib, ölәn vә yaralananlar var

İordan çayının qərb sahilindəki Cenin qaçqınlar dişərgəsi İsrail ordusunun fələstinlilərə qarşı zirehli texnika, buldozer və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hərbi əməliyyatdan sonra "döyüş meydanına" çevrilib.

2058007

İsrail qüvvələrinin Cenin qaçqınlar qüşərgəsinə etdiyi basqında 4 fələstinli ölüb, 13 nəfər də yaralanıb. Hücum nəticəsində həmçinin bölgədəki infrastruktura, o cümlədən məscid də daxil olmaqla tikililərə ziyan dəyib, düşərgənin girişindəki abidə dağıdılıb.

Evinə basqın edilən fələstinli Fəthiyə Әbubəkir bildirib ki, İsrail qüvvələri  atəş açdıqdan sonra evə basqın edib.

Düşərgədəki evinin yaxınlığındakı bəzi bölgələrə hava hücumu təşkil edildiyini və hücumun evlərə və məscidə ziyan vurduğunu bildirən F.Әbubəkir deyib:"Bacım hücum zamanı yaralandı, xəstəxanaya göndərildi".

Başqa bir fələstinli də İsrail qüvvələrinin düşərgəyə basqın edərək bir evi dağıtdığını bildirib.

Әlaqәli Xәbәrlәr