“Dediyim şeylər deyilməməliydi və buna görə üzr istəyirəm”, B.Netanyahu

O, “Telegram” hesabında yazıb ...

2057370
“Dediyim şeylər deyilməməliydi və buna görə üzr istəyirəm”, B.Netanyahu

 

  İsrailin baş naziri Binyamin Netanyahu “Həmas”ın 7 oktyabr hücumlarına görə “təhlükəsizlik və kəşfiyyat xidmətlərinin məsuliyyət daşıdığı” sözlərini geri götürüb, səhv etdiyini bildirib, üzr istəyib və bu da kəskin reaksiyalara səbəb olub.

  B.Netanyahu 28 oktyabr açıqlamalarında “Həmas”ın hücumlarına görə təhlükəsizlik uğursuzluğunu İsrail ordusu və daxili kəşfiyyat təşkilatı Şin-Betin üzərinə atıb. O, “Telegram” hesabında yazıb: "Oktyabrın 7-də Qəzza zolağından edilən hücumlarla bağlı baş nazirin məlumatlandırıldığı iddiaları əsassızdır, əksinə, heç bir xəbərdarlıq olmayıb. İsrail ordusu və Şin-Bet (Şabak) “Həmas”ın məğlubiyyətə uğradıldığı və sakitliyin əldə edildiyini bildirdilər. Bütün kəşfiyyat qurumları müharibə başlayana qədər dəfələrlə mənə və hökumətə eyni məlumatları verdilər.

  Bir müddət sonra sildiyi bu sözlər üçün Netanyahu “səhv etdim” sözlərini işlədərək bu açıqlamanı yazıb: “Dediyim şeylər deyilməməliydi və buna görə üzr istəyirəm. Mən bütün təhlükəsizlik qüvvələrinin rəhbərlərinə tam dəstəyimi verirəm. Baş Qərargah rəisini və ön cəbhədə olan, ölkə uğrunda döyüşən İsrail ordusunun komandirlərini və əsgərlərini dəstəkləyirəm. Birlikdə qalib gələcəyik”



Әlaqәli Xәbәrlәr