İsrail qüvvәlәri İordan çayının qәrb sahilindәki qaçqınlar düşәrgәsinә basqın edib

Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail qüvvələri səhər saatlarında buldozerlərin müşayiəti ilə Celezun qaçqınlar düşərgəsinə basqın edib.

2056967
İsrail qüvvәlәri İordan çayının qәrb sahilindәki qaçqınlar düşәrgәsinә basqın edib

İşğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərinin şimalındakı Əl-Cələzun qaçqınlar düşərgəsinə basqın edən İsrail qüvvələri, biri uşaq olmaqla 7 fələstinlini saxlayıb, 2 mərtəbəli evi dağıdıb.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail qüvvələri səhər saatlarında buldozerlərin müşayiəti ilə Celezun qaçqınlar düşərgəsinə basqın edib.
Basqın zamanı Bacis Nahle adlı fələstinliyə məxsus iki mərtəbəli ev dağıdılıb. Bildirilib ki, evdə yaşayan ailə təxminən 2 həftə əvvəl evin dağıdılacağı ilə bağlı xəbərdarlığı alıb və 2 gün əvvəl evi boşaltıb.
İsrail qüvvələri daha bir evə də basqın edərək biri uşaq olmaqla 7 fələstinlini saxlayıb.
Digər tərəfdən minlərlə fələstinli Qəzzaya dəstək olaraq üçün İordan çayının qərb sahilindəki Nablus, Tülkərim, Cenin və Tubas şəhərlərindəki meydanlarda namaz qılıb.
Namazdan sonra Tubas və Tülkərimdə yürüşlər keçirilib.



Әlaqәli Xәbәrlәr