“Bu, artıq müharibə deyil, bir soyqırımdır”, L.Silva

Paytaxt Brasiladakı prezident sarayında təşkil edilən mətbuat konfransında çıxışında Lula da Silva İsrailin Qəzzaya hücumlarına toxunaraq deyib ...

2056084
“Bu, artıq müharibə deyil, bir soyqırımdır”, L.Silva

 

  Braziliya prezidenti Luiz İnasio Lula da Silva bəyan edib ki, beynəlxalq ictimaiyyət Yaxın Şərqdə davam edən münaqişələri dayandırmalıdır.

  Paytaxt Brasiladakı prezident sarayında təşkil edilən mətbuat konfransında çıxışında Lula da Silva İsrailin Qəzzaya hücumlarına toxunaraq deyib: "Kimin haqlı, kimin haqsız olduğunu bir kənara qoymaq lazımdır. Mən ilk kimin hücum etdiyini bilmək belə istəmirəm. Düşmənliklər indi bitməlidir. Problem ondadır ki, bu, artıq müharibə deyil, bir soyqırımdır. Çünki müharibə ilə heç bir əlaqəsi olmayan 2 minə yaxın uşaq öldürülüb. Mən həqiqətən başa düşə bilmirəm, nəticəsi uşaqların və günahsızların ölümü olan müharibəyə necə qatlanmaq olar?

  Beynəlxalq ictimaiyyətə səslənirəm: İsrailin bombardmanlarından xilas olmaq istəyən qəzzalılar üçün humanitar dəhliz təcili açılmalıdır”.

  Qeyd edək ki, oktyabrın 25-də Braziliya prezidenti Lula da Silva verdiyi bəyanatda BMT-nin Qəzzada baş verənlərə görə daha çox məsuliyyət daşıdığını bildirib.



Әlaqәli Xәbәrlәr