ABŞ donanması Yaxın Şərqdəki missiya ərazisinə çatdı

Pentaqonun sözçüsü general Pat Rayder gündəlik mətbuat konfransında deyib ...

2055696
ABŞ donanması Yaxın Şərqdəki missiya ərazisinə çatdı

 

  ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə göndərilən “F-16” donanmasının ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) missiya ərazisinə çatdığını açıqlayıb.

  Pentaqonun verdiyi məlumata görə, CENTCOM-un xidmət sahəsinə çatan “F-16” donanması nazirliyin daha əvvəl bölgəyə göndərdiyi müdafiə birlikləri ilə ABŞ qüvvələrinin bölgədəki müdafiəsi üçün çalışacaq.

  Pentaqonun sözçüsü general Pat Rayder gündəlik mətbuat konfransında deyib: " İranın dəstəklədiyi qruplar həm İraqda, həm də Suriyada ABŞ qüvvələrinə hücum edib. Biz bilirik ki, bu hücumları törədən İran hökumətinin göstərişi ilə İnqilab Mühafizləri Korpusu qruplarıdır.

  Yaxın Şərqdə ABŞ-ın müxtəlif hərbi birləşmələri hazır vəziyyətdə saxlanılır. Hələlik heç biri aktiv deyil.

  İsrail-Fələstin münaqişəsi başlayandan bəri ABŞ-ın məqsədi regional münaqişənin genişlənməsinin qarşısını almaqdır. Bu münaqişədən şiddəti artırmaq üçün istifadə etmək istəyən ölkələr buna cəhd etməsin”.

  Xatırladaq ki, “Həmas”ın silahlı qanadı İzzəddin Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb. Artan gərginlikdə hər iki tərəfdən minlərlə ölü və on minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr