Fələstinin Baş naziri İsrailə verilən beynəlxalq dəstəkdən danışıb

Fələstinin Baş naziri Məhəmməd İştiyye bəyan edib ki, İsrailin Qəzza zolağına hücumlarına beynəlxalq dəstək “daha ​​çox qan tökmək üçün yaşıl işıq yandırmaq” deməkdir.

2054494
Fələstinin Baş naziri İsrailə verilən beynəlxalq dəstəkdən danışıb

Fələstinin Baş naziri Məhəmməd İştiyye bəyan edib ki, İsrailin Qəzza zolağına hücumlarına beynəlxalq dəstək “daha ​​çox qan tökmək üçün yaşıl işıq yandırmaq” deməkdir.

Baş nazirlikdən verilən yazılı açıqlamaya görə, İştiyye Ramallahdakı ofisində Fələstindəki səfir, konsul və nümayəndələrdən bəziləri ilə görüşüb.

Çıxışında İsrailin hücumlarına da toxunan İştiyye deyib:

“Hücumlarında İsrailə beynəlxalq dəstək daha çox qətl və məhv üçün icazə, yaşıl işıq yandırmaq deməkdir”. 

İştiyye vurğulayıb ki, işğala son qoyulması, iki dövlətli həllin həyata keçirilməsi və Fələstin dövlətinin qurulması” üçün effektiv siyasi prosesin irəli sürülməsi və başlanması lazımdır:

“Qəzza zolağında xalqımızı təhdid edən böyük humanitar fəlakətin qarşısını almaq üçün səhiyyə və yardımların bölgəyə daxil olması və hücumların dayandırılması prioritetlərimiz sırasındadır.

İştiyyə bunun Qəzza zolağına qarşı “altıncı müharibə” olduğuna diqqət çəkib.

O qeyd edib ki, İsraildə ardıcıl hökumətlər, xüsusilə Benyamin Netanyahunun rəhbərlik etdiyi ifrat sağçı hökumət iki dövlətli həll imkanlarını sistemli şəkildə məhv etmək strategiyasını qəbul edib.

Netanyahu hökumətinin Qəzza zolağının Fələstinin milli layihəsindən ayrılması cəhdləri ilə "parçala və hökm sür" siyasəti yürütdüyünü ifadə edən İştiyy ona da deyib ki, Qəzza zolağında xalqımıza qarşı hücumlarla yanaşı, işğal qüvvələrinin və İordan çayının qərb sahilindəki yəhudi məskunlaşanların terroru ilə də üzləşirik. Yəhudi köçkünləri silah gəzdirməyə təşviq etmək və öldürmək məqsədi ilə atəş etmək qaydalarını dəyişdirmək çağırışları var.



Әlaqәli Xәbәrlәr