Fәlәstin Sәhiyyә Nazirliyi beynәlxalq ictimaiyyәtә çağırış edib

Fələstin Səhiyyə Nazirliyi Qəzzanın cənubundakı Qüds xəstəxanasında yeni faciənin yaşanmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırıb.

2053865

Səhiyyə naziri Mey əl-Keyle İsrailin Qüds xəstəxanasının təcili boşaldılmasını tələb etməsindən sonra beynəlxalq ictimaiyyətə müraciət edib.

Qüds xəstəxanasının hal-hazırda 400-ü xəstə olmaqla təxminən 12 min mülki vətəndaşa ev sahibliyi etdiyini qeyd edən Keyle İsrail səlahiyyətlilərinin Fələstin Qızıl Aypara Cəmiyyətini xəstəxananı boşaltmaları üçün xəbərdar etdiyini xatırladıb.

Keyle deyib:"Beynəlxalq ictimaiyyət təxminən 500 fələstinlinin öldürüldüyü Əl-Əhli Baptist xəstəxanasına bənzər bir faciənin qarşısını almaq üçün sürətlə hərəkətə keçməlidir"

İsrailin oktyabrın 17-də Qəzzadakı Əl-Əhli Baptist xəstəxanasına təşkil etdiyi hücumda 471 nəfər həyatını itirib, 28-i ağır olmaqla 342 nəfər yaralanıb.

Әlaqәli Xәbәrlәr