Antonio Quterreş İsrail-Fələstin gərginliyini qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres beynəlxalq qərarlar və tərəflər arasında əldə olunan razılaşmalar çərçivəsində müstəqil Fələstin dövləti qurulmadan İsrail-Fələstin gərginliyinin həllinin mümkün olmadığını bildirib.

2053488
Antonio Quterreş İsrail-Fələstin gərginliyini qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres beynəlxalq qərarlar və tərəflər arasında əldə olunan razılaşmalar çərçivəsində müstəqil Fələstin dövləti qurulmadan İsrail-Fələstin gərginliyinin həllinin mümkün olmadığını bildirib.
Bu barədə Antonio Quterreş Misirin paytaxtı Qahirədə bu ölkənin xarici işlər naziri Samih Şükri ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
İsrail-Fələstin böhranının Oktyabrın 7-də HƏMAS-ın həyata keçirdiyi və İsrailin Qəzzanı tam mühasirəyə alması və dinc əhaliyə qarşı amansız bombardmanlara səbəb olan hücumları ilə başladığını bildirən Antonio Quterreş həyatını itirənlərin əksəriyyətinin qadın və uşaqlar olduğunu vurğulayıb.
Beynəlxalq humanitar hüquqa hörmət edilməsinin vacibliyini bir daha vurğulayan Antonio Quterreş deyib: " Xəstəxanaya, məktəbə və ya BMT obyektinə hər hansı hücum qadağandır və beynəlxalq hüquqa ziddir".
İki təcili humanitar aksiya ilə bağlı çağırış edən Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş deyib: 
"HƏMAS girovları dərhal və qeyd-şərtsiz azad etməli, İsrail Qəzza zolağına humanitar yardımların daxıl olmasına icazə verməlidir. Mən açıq şəkildə deyirəm ki, Fələstin xalqının 56 illik işğalından sonra haqlı və dərin şikayətləri var."
Hər iki tərəfə atəşkəslə bağlı çağırış edən Antonio Quterreş Qəzza xalqının təxminən iki həftədir qida, su və dərman kimi əsas ehtiyaclara çıxışının olmadığını xatırladıb.
Davamlı həllə ehtiyac olduğunu dilə gətirən Antonio Quterreş deyib ki, iki tərəf arasında əldə olunan beynəlxalq qərarlar və razılaşmalar istiqamətində İsraillə yan-yana, qarşılıqlı təhlükəsizlik zəmanəti altında müstəqil Fələstin dövləti qurulmadan İsrail-Fələstin gərginliyinin həlli mümkün olmayacaq.



Әlaqәli Xәbәrlәr