Sergey Lavrov: "Türkiyenin münaqişə ilə bağlı qarant sistemi təklifini müzakirəyə hazırıq"

S.Lavrov Türkiyenin İsrail-Fələstin münaqişəsinin tərəfləri üçün qarant ölkələr yaratmaq formulunu müzakirə etməyə və qiymətləndirməyə hazır olduqlarını bildirib.

2053128
Sergey Lavrov: "Türkiyenin münaqişə ilə bağlı qarant sistemi təklifini müzakirəyə hazırıq"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyenin İsrail-Fələstin münaqişəsinin tərəfləri üçün qarant ölkələr yaratmaq formulunu müzakirə etməyə və qiymətləndirməyə hazır olduqlarını bildirib.

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, Lavrov Şimali Koreyanın paytaxtı Pxenyanda keçirdiyi təmaslardan sonra jurnalistlərin İsrail-Fələstin münaqişəsi ilə bağlı suallarını cavablandırıb.

Türkiyenin ortaya qoyduğu İsrail-Fələstin məsələsində daimi sülh üçün tərəflərin qarant ölkələr olacağı sistemfikrinə toxunan Lavrov deyib:

"Biz istənilən konstruktiv təklifləri müzakirə etməyə hazırıq. Bu günlərdə eşitdiyim bu təşəbbüs açıq şəkildə gərginliyi azaltmaq və vəziyyəti normallaşdırmaq istəyinə əsaslanır". 

Lavrov istənilən yanaşmanın tərəflərin maraqları balansına əsaslanmasının tərəfdarı olduqlarına diqqət çəkib:

"Mənə elə gəlir ki, Türkiyenin təşəbbüsü belə bir tarazlığa nail olmaq istəyinə əsaslanır. Biz bunu qiymətləndirmək üçün əməkdaşlığa hazır olacağıq". 

Qeyd edək ki, xarici işlər naziri Hakan Fidan, İsrail-Fələstin məsələsində daimi sülh üçün tərəflərin qarantlarının olacağı bir sistem ideyasını irəli sürdüklərini bildirib.

Türkiyenin Fələstinə qarant, digər ölkələrin isə İsrailə qarant ola biləcəyini ifadə edən Fidan "Hər iki tərəfin razılıq əldə edildikdən sonra onun tələblərinin yerinə yetirilməsi məsuliyyətini zamin ölkələr öz üzərinə götürməlidir" deyib.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr