İsrail və Fələstin müharibəsinin 13-cü günü

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlar 13-cü günündə də davam edir.

2053011
İsrail və Fələstin müharibəsinin 13-cü günü
israil-gazze hastane saldiri.jpg
gazze hastane saldiri.jpg

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlar 13-cü günündə də davam edir.

İsrail ordusu 3 mindən çox adamın öldüyü, 13 minə yaxın adamın yaralandığı Qəzza zolağının müxtəlif hissələrini hava zərbələri ilə gecə boyu bombalamağa davam edib.

Qəzzanın Xan Yunus şəhərinə edilən hücum nəticəsində ərazidəki binalar yararsız hala düşüb. Mülki müdafiə qrupları və yerli sakinlər axtarış-xilasetmə əməliyyatına başlayıb.

İsrail döyüş təyyarələrinin Qəzzada bir çox yeri, eləcə də evlərini tərk edən insanların sığındığı Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) aid məktəbi vurduğu da bildirilib.

İsrail ordusu Qəzza zolağının mərkəzi hissələrində Nuseyrat qaçqın düşərgəsindəki Əqsa Şəhidləri Məscidini də hədəfə alıb. Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Məsciddə İsrailin hücumlarından qaçan çoxlu ailənin olduğu bildirilib. Hücum bölgədə geniş dağıntılara səbəb olub.

Digər tərəfdən, İsrail ordusu fələstinli qruplar arasında qarşıdurmaların başladığı 7 oktyabrdan bu yana şəhid olan əsgərlərinin sayının 306-ya yüksəldiyini açıqlayıb.

Hizbullah İsrail sərhədindəki Əl-Malikiyyə hərbi məntəqəsinin də raket və atıcı silahlarla hücuma məruz qaldığını bildirib.

İsrail hücuma artilleriya atəşi ilə cavab verərkən, hadisədə ölən və yaralanan olmadığı açıqlanıb.

İsrailin rəsmi dövlət televiziyası KAN ordunun Qəzza zolağında quru əməliyyatı üçün hazırlıqlarını tamamladığını açıqlayıb.

İsrail ordusu Livan sərhədindəki Hizbullah hədəflərini vurduğunu bildirib.

Ordudan verilən yazılı açıqlamada dünən Livandan sərhədin İsrail tərəfinə atəş açıldığı bildirilib.

Bu atışlara cavab olaraq İsrail ordusunun Hizbullah mövqelərini vurduğu, hədəflər arasında Hizbullah müşahidə məntəqəsinin də olduğu qeyd edilib.

Livandakı Hizbullah da İsraillə toqquşmalarda daha iki üzvünün öldüyünü açıqlayıb.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr