Ceyms Kleverli İsrail-Fələstin münaqişəsi ilə bağlı Türkiye, Misir və Qətərə səfər edəcək

Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən verilən bəyanatda bildirilib.

2053272
Ceyms Kleverli İsrail-Fələstin münaqişəsi ilə bağlı Türkiye, Misir və Qətərə səfər edəcək
Isaac Herzog-Rishi Sunak.jpg
James Cleverly.jpg

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İsrail-Fələstin münaqişəsinin bölgəyə təsirini müzakirə etmək üçün Türkiye, Misir və Qətərdə görüşlər keçirəcək.
Böyük Britaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada nazir Ceyms Kleverlinin Türkiye, Misir və Qətərə üç günlük səfərləri zamanı İsrail-Fələstin münaqişəsinin bölgəyə yayılmasının qarşısının alınması və mümkün həll yollarını müzakirə edəcəyi bildirilib.
Münaqişənin daha geniş bölgəyə yayılma riskinə diqqət çəkən bəyanatda deyilir:“Bu səfər regional sabitliyin qorunması, girovların azad edilməsi və Qəzzaya humanitar yardımların daxil olmasına icazə verilməsi istiqamətindəki beynəlxalq səylər baxımından həyati əhəmiyyət kəsb edən ölkələrə planlaşdırılıb”.
Bəyanatda bildirilib ki, Ceyms Kleverli münaqişə başlayandan bəri 20 ölkənin xarici işlər naziri ilə görüşüb.
Bəyanatda həmçinin Böyük Britaniyanın Qəzzaya humanitar yardımını artırdığı vurğulanıb və Ceyms Kleverlinin keçən həftə İsrailə səfər etdiyi xatırladılıb.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak  bu gün İsrailə səfər edərək prezident İsxaq Hersoqla görüşüb.

Görüşdə Qəzzaya humanitar yardımların çatdırılması və girovlar məsələsi gündəmə gəlib.

Bu arada Ceyms Kleverli daha əvvəl verdiyi bəyanatda deyib:"Bu münaqişəyə  nə İsrailin, nə Fələstinin, nə də Yaxın Şərqin maraqlarına xidmət etmir. Sabitliyi təmin etmək, Qəzzaya humanitar yardımların daxil olmasını təmin etmək və girovların azad edilməsi ilə əlaqədar bölgədəki həmkarlarımla görüşəcəyəm''.



Әlaqәli Xәbәrlәr