ABŞ prezidenti bu suala cavab vermədi

İsrail səfərindən qayıdarkən təyyarədə mətbuata açıqlama verən Bayden bir sualı cavabsız qoydu

2053090
ABŞ prezidenti bu suala cavab vermədi

 

  ABŞ prezidenti Co Bayden İsrailin müharibə qanunlarına uyğun hərəkət edib-etməməsi ilə bağlı suala cavab vermədi.

  İsrail səfərindən qayıdarkən təyyarədə mətbuata açıqlama verən Bayden "Sizcə, İsrail müharibə qanunlarına uyğun hərəkət edirmi?" sualını cavabsız qoydu. Sualı cavablandırmaq əvəzinə “Sizinlə danışmaq xoş idi” deyə keçib.

  Bundan əvvəl ABŞ prezidenti İsrail mətbuatında Amerika hökuməti rəsmilərinin “Hizbullah”ın İsrailə qarşı müharibəyə başlayacağı təqdirdə ABŞ ordusunun bu mübarizədə İsrail ordusuna dəstək verəcəyi barədə açıqlamaları ilə bağlı xəbərləri də təkzib edib.

  İsrailin Qəzzaya qarşı mümkün quru əməliyyatını ləğvetmə ehtimalı ilə bağlı isə Bayden sadəcə “İsrail və ABŞ hərbi rəsmiləri alternativlərlə bağlı müzakirələr aparır” deyib.

  O həmçinin Qəzzadakı ABŞ vətəndaşlarının təxliyəsi üçün səylərin davam etdiyini bildirib.

  Xatırladaq ki, “Həmas”ın Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı "Əqsa tufanı" hücumuna başlayıb, Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb. Artan gərginlikdə hər iki tərəfdən minlərlə ölüm var.



Әlaqәli Xәbәrlәr