ABŞ hərbi əməliyyatlara “fasilə” verilməsini tələb edən qətnaməyə veto qoyub

ABŞ Birləşmiş BMT TŞ-da Qəzzaya humanitar yardım göstərmək üçün hərbi əməliyyatlara “fasilə” verilməsini nəzərdə tutan qətnaməyə veto qoyub.

2052931
ABŞ  hərbi əməliyyatlara “fasilə” verilməsini tələb edən qətnaməyə veto qoyub

Amerika Birləşmiş Ştatları (ABŞ) Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Qəzzaya humanitar yardım göstərmək üçün hərbi əməliyyatlara “fasilə” verilməsini nəzərdə tutan qətnaməyə veto qoyub.

ABŞ-ın Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurası İsrail və "Həmas" arasındakı münaqişələrlə bağlı iclas keçirib.

ABŞ iclasda Qəzza zolağına humanitar yardım göstərmək üçün İsrail və "Həmas" arasında münaqişədə "fasilə" verilməsini tələb edən qətnamə layihəsinə veto qoyub.

Braziliyanın hazırladığı qətnamə layihəsini 12 üzv dəstəkləyib, Rusiya və İngiltərə isə bitərəf qalıb.

Qətnamə layihəsində "Həmas"ın hücumları da pislənib.

Qətnamə layihəsində həmçinin mülki şəxslərə qarşı hər cür zorakılıq və düşmənçilik və hər cür terror aktları pislənilib, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunub.

Qeyd edək ki, Rusiya tərəfindən humanitar atəşkəsə çağıran qətnamə layihəsi oktyabrın 16-da veto edilib.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr