İsrailin hücumları nәticәsindә hәyatını itirәnlәrin sayı üç minә çatıb

Bu barədə Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib.

2052291
İsrailin hücumları nәticәsindә hәyatını itirәnlәrin sayı üç minә çatıb

İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 3 minə, yaralıların sayı isə 12 min 500-ə yüksəlib.

Bu barədə Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib.

Açıqlamada İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayının 3 minə, yaralıların sayının isə 12 min 500-ə yüksəldiyi qeyd olunub.

Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.

İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.

Qəzzadan həyata keçirilən hücumlarda 299-u əsgər olmaqla 1400 israillinin öldüyü, 3968 israillinin yaralandığı bildirilib.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 61 fələstinlinin öldüyü, təxminən 1250 nəfərin yaralandığı bildirilib.

İsrailin hücumları nəticəsində 13 jurnalist də həyatını itirib.

Oktyabrın 8-də Livanda İsrail ordusu ilə Hizbullah arasında sərhəd bölgəsində başlayan qarşıdurmalarda 8 Hizbullah üzvü, 2 İslami Cihad üzvü, 1 jurnalist və 2 mülki vətəndaş həyatını itirib.

Livan tərəfindən həyata keçirilən hücumlarda 2 İsrail əsgəri və 1 İsrail vətəndaşı həyatını itirib.



Әlaqәli Xәbәrlәr