İslam Əməkdaşlıq Təşkilatı Fələstin üçün toplandı

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantıda Türkiyədən xarici işlər naziri Hakan Fidan da iştirak edir

2052719
İslam Əməkdaşlıq Təşkilatı Fələstin üçün toplandı
hakan fidan cidde'de.jpg
fidan s.arabistan faysal bin farhan.jpg

 

  İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Açıq İştirak üzrə İcraiyyə Komitəsi oktyabrın 18-də İsrailin Qəzzada bütün Fələstin əhalisini hədəf alan hücumları ilə bağlı toplaşıb.

  Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantıda Türkiyədən xarici işlər naziri Hakan Fidan da iştirak edir.

  Yığıncaqda İsrailin mülki şəxslərə qarşı hücumlarına qarşı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən atılacaq konkret addımlar dəyərləndirilir, üzv dövlətlər tərəfindən ortaq münasibət müəyyən edilməsi məsələsi müzakirə olunur.

  Hakan Fidan bu səfər öncəsi jurnalistlərə verdiyi açıqlamada beynəlxalq ictimaiyyətin bir araya gəlib ciddi diplomatik mövqe sərgiləyə biləcəyini vurğulayıb.

  Ciddədə ikitərəfli danışıqlar da aparan türkiyəli nazir Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl ibn Fərhan və küveytli həmkarı Şeyx Səlim Abdullah əl-Cabir əs-Sabah ilə görüşüb.



Әlaqәli Xәbәrlәr