Kiriakos Mitsotakis və Əbdülfəttah əs-Sisi İsrail-Fələstin münaqişəsini müzakirə ediblər

Yunanıstan Nazirlər Kabinetindən verilən açıqlamaya görə, Mitsotakis ilə Sisi arasında baş tutan telefon danışığında İsrail-Fələstin münaqişəsi və Qəzza zolağındakı son vəziyyət müzakirə edilib.

2051226
Kiriakos Mitsotakis və Əbdülfəttah əs-Sisi İsrail-Fələstin münaqişəsini müzakirə ediblər

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefonla danışıb.
Yunanıstan Nazirlər Kabinetindən verilən açıqlamaya görə, Mitsotakis ilə Sisi arasında baş tutan telefon danışığında İsrail-Fələstin münaqişəsi və Qəzza zolağındakı son vəziyyət müzakirə edilib.
Mitsotakis vurğulayıb ki, Qəzzadakı humanitar böhranın qarşısı alınmalıdır.
Qəzzaya humanitar yardımın çatdırılmasının vacibliyi mövzusunda razılıq əldə edən liderlər gərginliyin bütün bölgəyə yayılmasından narahat olduqlarını bildiriblər.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də  İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.



Әlaqәli Xәbәrlәr