İsrail-Fələstin münaqişəsi beynəlxalq diplomatiyanın gündəmindədir

Fələstin prezidenti Mahmud Abbas Venesuela prezidenti Nikolas Maduro ilə telefonla danışıb.

2051375
İsrail-Fələstin münaqişəsi beynəlxalq diplomatiyanın gündəmindədir

Fələstin prezidenti Mahmud Abbas Venesuela prezidenti Nikolas Maduro ilə telefonla danışıb.

Görüş zamanı Abbas Qəzzadan insanların məcburi köçünü tamamilə rədd etdiyini təkrarlayıb:

"İsrailin Qəzzaya hücumu dərhal dayandırılmalı və yardım dəhlizlərinin açılmasına icazə verilməlidir". 

Maduro həmçinin Qəzza zolağına 30 tondan çox humanitar yardım göndərməyə qərar verdiklərini açıqlayıb.

İordaniya Kralı II Abdulla Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd Bin Zayed Əl Nəhyan və İspaniya Kralı VI Felipe ilə telefon danışığı aparıb.

Kral Abdullah "Qəzza zolağında müharibənin dayandırılması, eləcə də mülki şəxslərin müdafiəsi və beynəlxalq insan hüquqlarına hörmət edilməsi üçün səylərin gücləndirilməsi barədə beynəlxalq mövqe ortaya qoymaq üçün birgə işləməyin vacibliyini" vurğulayıb.

İordaniya kralı ispaniyalı həmkarı VI Filip ilə Qəzza zolağına tibbi və humanitar yardımların çatdırılması üçün səylərin gücləndirilməsinin zəruriliyini müzakirə edib.

Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt də rəsmi təmasları çərçivəsində Misirin paytaxtı Qahirədə olan Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmmədlə Qəzza zolağında baş verən son hadisələri müzakirə edib. Ərəb Liqası və Afrika Birliyi Qəzzadakı 2,2 milyon fələstinliyə ilkin ehtiyacları və humanitar yardımı dərhal təmin etmək üçün beynəlxalq səylərə çağırıb.

İsrailin Qəzzaya hücumlarına reaksiyalar artmaqda davam edir. Kolumbiya prezidenti Petro hücumları tənqid etdikdən sonra İsrail Kolumbiyanın Təl-Əvivdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb. İsrail Kolumbiyaya təhlükəsizlik materiallarının ixracını dayandırmaq qərarına gəlib.

"(Fələstinlilərə yönəldilmiş) Soyqırımı dəstəkləmək fikrində deyilik" ifadəsini işlədən Kolumbiya prezidenti Qustavo Petro İsraillə xarici əlaqələri dayandırdıqlarını açıqlayıb. Qustavo Petro Qəzzaya humanitar yardım göndərməyə qərar verdiklərini də bəyan edib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres də İsrailin Fələstinə qarşı zorakılığına münasibət bildirərək, "Orta Şərqdə uçurumun astanasındayıq" deyib. 

İsraili humanitar yardım dəhlizi açmağa çağıran Quterreş Qəzzaya yardım üçün qida, su, tibbi ləvazimatlar və yanacaq ehtiyatlarının hazır olduğunu, yardımların bir neçə saat ərzində bölgəyə göndərilə biləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr