Avropa Fələstinlə həmrəylik nümayişlərinə müxtəlif qadağalar qoyur

Avropa ölkələrində Fələstinlə həmrəylik üçün bir araya gəlmək istəyən nümayişçilər məhdudiyyətlər, qadağalar, polis müdaxiləsi və həbs qərarı ilə üzləşib.

2051434
Avropa Fələstinlə həmrəylik nümayişlərinə müxtəlif qadağalar qoyur

Oktyabrın 7-də İsrail-Fələstin qarşıdurmasının başlamasının ardından Avropa ölkələrində Fələstinlə həmrəylik üçün bir araya gəlmək istəyən nümayişçilər məhdudiyyətlər, qadağalar, polis müdaxiləsi və həbs qərarı ilə üzləşib.

Oktyabrın 14-də İngiltərənin paytaxtı Londonda on minlərlə insan "Fələstinlə həmrəylik nümayiş etdirmək və İngiltərə hökumətinin İsraildəki fələstinlilərin hüquqlarına qarşı susqun münasibətinə etiraz etmək" üçün ölkənin BBC telekanalının mərkəzi binası qarşısına toplaşıb. 

İngiltərə polisi ilə nümayişçilər arasında gərginlik yaranıb, 15 nəfər saxlanılıb.

Fransanın paytaxtı Paris və Strasburq şəhərlərində İsrail tərəfdarı nümayişlərə icazə verildiyi halda, Fələstinlə həmrəylik nümayişləri Paris, Strasburq, Lion və Marseldə yerli hakimiyyət orqanları tərəfindən "ictimai asayişi pozma riski" səbəbi ilə dəfələrlə qadağan edilib.

Qadağalara baxmayaraq Fələstinlə həmrəylik nümayişlərinin keçirildiyi Strasburqda 13, Marseldə 4, Lionda 1 nəfər saxlanılıb.

Oktyabrın 12-də paytaxt Parisdə Fələstinə dəstək nümayişi keçirilib və nümayiş zamanı polis fələstinli tərəfdarlara bibər qazı və təzyiqli su ilə müdaxilə edib.

İki gün sonra paytaxtda keçirilən başqa bir nümayişdə 752 nəfər cərimələnib.

Almaniyada Berlin polisi də oktyabrın 11-dən bəri fələstinlilərlə həmrəylik nümayişlərinə icazə vermir.

Polisin qadağasına baxmayaraq, oktyabrın 14-də aralarında fələstinlilərin də olduğu bir qrup tarixi Brandenburq qapısının qarşısındakı meydana toplaşıb.

Polis bir çox nümayişçini saxlayıb. Həmin gün Berlində keçirilməsi planlaşdırılan daha bir nümayiş qadağan edilib. Frankfurtda nümayişdə təxminən 750 nəfər iştirak edib, polis 100 nəfəri saxlayıb.

Oktyabrın 15-də Berlində toplaşan 1000-ə yaxın insanın fələstinlilərlə həmrəylik nümayişi keçirməsinə icazə verilməyib.

Hollandiyanın paytaxtı Amsterdamda Fələstinə dəstək nümayişində isə 3 nəfər saxlanılıb.

İsveçrənin Bazel və Sürix şəhərlərində Fələstin tərəfdarlarının nümayişlərinə icazə verilməyib



Әlaqәli Xәbәrlәr