İsrail Qəzza zolağının şimalına ağır zərbələr endirib

İsrail döyüş təyyarələrinin Qəzza zolağının şimalına endirdiyi zərbələr nəticəsində çox sayda fələstinlinin həyatını itirdiyi bildirilib.

2050738
İsrail Qəzza zolağının şimalına ağır zərbələr endirib

İsrail döyüş təyyarələrinin Qəzza zolağının şimalına endirdiyi zərbələr nəticəsində çox sayda fələstinlinin həyatını itirdiyi bildirilib.
İsrail təyyarələri gecə saatlarında ''Cəbəliyə'' qaçqın düşərgəsinə ağır zərbəlvr endirib.
Hücum nəticəsində onlarla fələstinlinin öldüyü və yaralandığı bildirilsə də, dəqiq rəqəmlə bağlı məlumat verilməyib.
Şahidlərin məlumatına görə, İsrail əsgərləri İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə basqın edərək binaların damlarına snayperlər yerləşdiriblər.
Basqına cavab verən silahlı fələstinlilər ilə İsrail qüvvələri arasında qarşıdurma baş verib.
Nablusda həyata keçirilən basqınlarda Həmas hərəkatının rəsmiləri də saxlanılıb.
Bunda başqa Erixadakı  ''Aqaba Cebr'' qaçqınlar düşərgəsi, Silvad qəsəbəsi, Beytüllahimdəki ''Ayide'' qaçqınlar düşərgəsi və Merah Rabah kəndinə də basqınlar təşkil edilib.

Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.



Әlaqәli Xәbәrlәr