İsrail ordusu Hizbullaha aid hədəfləri vurdu

İsrail Hizbullahın Livanın cənubunda hədəfinin vurulduğunu açıqlayıb.

2050737
İsrail ordusu Hizbullaha aid hədəfləri vurdu

İsrail Hizbullahın Livanın cənubunda hədəfinin vurulduğunu açıqlayıb.
''Yedioth Ahronoth'' qəzetinin İsrail ordusunun sözçüsü Daniel Hagariyə istinadən yaydığı məlumata görə, İsrail ordusu ölkəyə sızmağa çalışan pilotsuz təyyarəyə cavab olaraq Hizbullaha məxsus hədəfi vurub.
Ordu İsrailin pilotsuz uçuş aparatına edilən hücuma da cavab verib.
Hizbullah hələlik məsələ ilə bağlı açıqlama verməyib.
İsrailin KAN telekanalının yaydığı xəbərdə İsrail ordusunun pilotsuz uçuş aparatının Hayfaya sızmağa cəhd etməsindən şübhələndiyi bildirib.
İsrail ordusunun sözçüsü tərəfindən dünən verilən yazılı açıqlamada Livan sərhədindəki bəzi hərbi müşahidə məntəqələrinin atəşə tutulduğu, daha sonra isə Hizbullahın bölgədəki infrastrukturuna zərbələr endirildiyi qeyd olunub.
İsrail ordusuna məxsus silahlı pilotsuz uçuş aparatının (SİHA) Hizbullah hədəflərini havadan da vurduğu bildirilib.



Әlaqәli Xәbәrlәr